Həftəsonu 736 toy şənliyinin monitorinqi aparılıb

Xəbərlər

24.01.2022 - 11:43

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 pasportu olmadığına görə 268 nəfər toy şənliklərinə  buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 22-23-də Bakıda və respublikanın digər ərazisində 736 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 721 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Bir obyektin sahibi (restoran) barəsində toplanan material baxılması üçün məhkəməyə göndərilib.

COVID-19 pasportu olmadığına görə 268 nəfər şənliklərə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş