Həftənin ilk günü hava necə olacaq?

Xəbərlər

27.08.2023 - 14:56

cedabet dərman SEO Xidməti

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 19-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş