Harvard Universitetinə əcnəbi tələbələrin qəbulu qadağan edilə bilər

Dünya

17.04.2025 - 14:35

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Harvardın sinif otaqları anti-Amerika ideologiyası və HƏMAS tərəfdarının baxışları ilə zəhərlənib"

ABŞ Daxili Təhlükəsizlik Departamenti Harvard Universitetində viza ilə təhsil alan tələbələrin "qanunsuz və zorakı davranışları" barədə məlumatı təhvil verməsə, Universiteti əcnəbi tələbələri qəbul etməyi qadağan etməklə hədələyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Departamentin press-relizində qeyd olunub.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem məlumatların aprelin 30-dək təhvil verilməsini, əks halda Universitetin beynəlxalq tələbələri qəbul etməsinə “dərhal” qadağa qoyulmasını tələb edib.

Nazirlik rəhbəri həmçinin təhsil müəssisəsini “antisemitizmə meylli” olmaqda ittiham edib.

"Harvardın sinif otaqları anti-Amerika ideologiyası və HƏMAS tərəfdarının baxışları ilə zəhərlənib", - deyə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş