Hacıqabulda yük maşınları toqquşub, ölən və xəsarət alan var

Hadisə

23.01.2024 - 01:34

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib

Hacıqabulda ağır yol qəzası zamanı 1 nəfər ölüb, daha bir nəfər yaralanıb.

AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.

Belə ki, “KamAZ” digər yük maşını ilə toqquşub. Qəza nəticəsində Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Tahirli Nurlan İlham oğlu hadisə yerində ölub, daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir - red) xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az