Hacıqabulda yol qəzasında 4 nəfər xəsarət alıb

Hadisə

01.07.2024 - 09:38

Həkimlər Klinikalar SEO Xidməti

Minik avtomobili idarəetmədən çıxaraq yoldakı maneə çırpılıb

Hacıqabulda yol qəzasında 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.

AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yoldakı maneə çırpılıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri - 1994-cü il təvəllüdlü Həşimov Mirağa Yaşar oğlu, 1971-ci il təvəllüdlü Həşimova Reyhan Əliağa qızı, 1997-ci il təvəllüdlü Həşimova Raya Yaşar qızı və Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İsgəndərova Şəfiqə Nəsib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər