Hacıqabulda yol qəzası olub, dörd nəfər xəsarət alıb

Hadisə

07.03.2024 - 20:35

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb

Hacıqabulda yol qəzası zamanı dörd nəfər xəsarət alıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Udullu kəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Hacıqabul rayon sakinləri, 1965-ci il təvəllüdlü Ağayev Sahib Həsən oğlu, 1975-ci il təvəllüdlü Yaqubova Könül Canəli qızı, 2006-cı il təvəllüdlü Hacıəliyeva Leyla Mürkəli qızı və 1979-cu il təvəllüdlü Hacıəliyev Mürkəli Əsgəralı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az