Hacıqabulda qanunsuz silah daşıyan şəxs saxlanılıb

Xəbərlər

05.02.2022 - 11:30

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik keçirilən əməliyyatlar barədə məlumat yayıb

Polis Hacıqabulda qanunsuz odlu silah və sursat daşıyan şəxsi saxlayıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmiyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Nəbi Məmmədov və Vüqar Bayramov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkarlanıb.

Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş