3.3 bal gücündə yeraltı təkanlar Dmanisi yaxınlığında olub
Gürcüstanın şərqində 3,3 bal gücündə zəlzələ baş verib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 00:02-də qeydə alınıb. Zəlzələnin episentri Tbilisidən 59 kilometr aralıda, Dmanisi şəhəri yaxınlığındakı Məmişrəli kəndi yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, son bir neçə gündə Gürcüstanda bir neçə dəfə zəlzələ baş verib.