Gürcüstanda “Xarici agentlər” haqqında qanunu Papuaşvili imzalayacaq

Dünya

29.05.2024 - 16:52

Həkimlər Klinikalar SEO Xidməti

“Aydındır ki, Prezident Salome Zurabişvili bunu imzalamayacaq”

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin əvəzinə “Xarici agentlər” haqqında qanun layihəsini özü imzalayacağını bəyan edib.

AYNA gürcü mediasına istinadən xəbər verir ki, spiker bu barədə mətbuat konfransında bildirib.

““Xarici agentlər” haqqında qanun dünən Prezident Administrasiyasına göndərilib. İndi imzanı gözləyirik. Aydındır ki, Prezident Salome Zurabişvili bunu imzalamayacaq. Ona görə də mən bu qanunu imzalayacağam”, - deyə bildirib.

Xatırladaq ki, Gürcüstan Prezidenti sözügedən qanunun əleyhinədir.

Müəllif: Ayna.az