Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
Gürcüstanda ötən sutkada koronavirusa 590 yeni yoluxma halı təsdiqlənib, 10 nəfər vəfat edib.
AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 645 301-ə, ölənlərin sayı isə 16 698-ə çatıb.
Son bir gündə 3 247, ümumilikdə isə 1 611 688 nəfər müalicə olunaraq sağalıb.