Gürcüstana köçən rusiyalı biznesmenlərin sayı artıb

Dünya

30.08.2022 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

Mart ayından Gürcüstanda 7,5 min rusiyalı iş adamı qeydiyyatdan keçib

Rusiyanın "xüsusi əməliyyat" adı altında Ukraynaya qarşı başlatdığı işğalçı müharibə zamanı Gürcüstana köçən və bizneslərini orada qeydiyyatdan keçirən rusiyalı iş adamlarının sayını açıqlayıb. AYNA "İnterpressnews" agentliyinə istinadən xəbər verir ki, altı ayda onların ümumi sayı 7,5 minə çatıb.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, martın əvvəlindən ölkədə Rusiya mülkiyyəti olan 544 məhdud məsuliyyətli təşkilat, həmçinin 6,9 min fərdi sahibkar və xarici şirkətlərin iki filialı qeydiyyatdan keçib.

Ən çox - 2,1 min rusiyalı iş adamı, kateqoriyalar istisna olmaqla, mart ayında qeydiyyata alınıb. Apreldə 1,6 mindən çox, mayda 1,3 mindən çox, iyunda 1,2 mindən çox, iyulda isə 1,1 min nəfər qeydə alınıb.

Gürcüstan sanksiyaların tətbiqindən və əksər Qərb ölkələri ilə hava əlaqələrinin bağlanmasından sonra rusların turist səfərləri və köçməsi üçün ən çox axtarılan yerlərdən birinə çevrilib. Yanvar-iyul aylarında ruslar Gürcüstana 403 min turist səfəri edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş