Gürcüstan-Rusiya sərhədində daha bir tunel qazılıb

Dünya

19.06.2024 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Yeni yol qışda “Yuxarı Lars” keçid məntəqəsi ilə fasiləsiz əlaqəni təmin edəcək

Gürcüstanda “Yuxarı Lars” beynəlxalq nəzarət-buraxılış məntəqəsinə dolama marşrutunun irimiqyaslı layihəsi çərçivəsində Rusiya ilə sərhəddə daha bir tunel qazılıb. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilib ki, aprel ayında Xaç aşırımının altından 9 km uzunluğunda rayonun ən uzun tunelinin tikintisi başa çatdırılıb. O, Mtsxeta-Stepantsminda-Lars (Qudauri-Kobi) avtomobil yolunun ən çox uçquna məruz qalan hissəsinin ətrafındakı dolama yolun bir hissəsi olacaq. Diametri 15 metr olan üç zolaqlı tunel hər iki istiqamətdə nəqliyyatın fasiləsiz hərəkətini təmin edəcək və qəza çıxışları ilə təchiz olunub.

Layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə beş körpüdən ibarət 23 kilometr uzunluğunda ikizolaqlı asfalt-beton yol çəkilir. Onlardan biri təmir olunacaq. İkincisi 1,5 kilometrlik tunelin qazılmasını nəzərdə tutur - bu sahə üçün nəzərdə tutulan dörd tuneldən ən uzunudur.

Qeyd edək ki, yeni yol qışda “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsi ilə fasiləsiz əlaqəni təmin edəcək, nəqliyyatın hərəkəti artıq məhdudlaşdırılmayacaq; yolun uzunluğu 11 km qısaldılacaq ki, bu da Tbilisidən Stepantsmindaya gedən vaxta qənaət etməyə imkan verəcək.

Hazırda hava şəraiti ilə əlaqədar olaraq ilin orta hesabla 90 günü yol bağlı və ya ağır yük maşınlarının hərəkəti çətinləşərək tranzit zəncirini pozur. Layihənin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.

Müəllif: Ayna.az