İoseb Çelidzenin istefasının səbəbi bilinmir
Gqürcüstanın daxili işlər nazirinin müavini İoseb Çelidze istefa verib. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.
Nazir müavininin istefasının səbəbi açıqlanmır.
Qeyd edək ki, Çelidze bu vəzifəni 2019-cu ildən tuturdu.
Xatırladaq ki, bir neçə gün əvvəl daxili işlər naziri Vaxtanq Qomelauri vəzifəsindən istefa verib. Sabiq nazir istefasına səbəb kimi "ailəsi ilə daha çox vaxt keçirə bilməyi” göstərib.