“Gürcü arzusu” müxalifətçi deputatı aclıq aksiyasını dayandırmağa çağırıb

Dünya

26.12.2022 - 18:55

cedabet dərman SEO Xidməti

“İstənilən halda, belə hərəkət sağlamlığa zərərlidir”

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından olan deputatı Giorgi Tsaqareişvili müxalifətçi həmkarı, Vahid Milli Hərəkat Partiyasından olan deputat Anna Tsitlidzeni aclıq aksiyasını dayandırmağa çağırıb.

AYNA gürcü mediasına istinadən bildirir ki, Tsitlidze həkimlərin məsləhətinin əksinə olaraq, Gürcüstanın məhkum olunmuş sabiq Prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə 12-ci gündür aclıq aksiyası keçirir.

“Mən xanım Annadan aclıq aksiyasını dayandırmasını xahiş edirəm. İstənilən halda, belə hərəkət sağlamlığa zərərlidir. Mixail Saakaşviliyə tibbi yardım göstərilir. Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən təmsil olunan dövlət onun məhbus kimi hüquqlarının müdafiəsi üçün hər şeyi edir”, – Tsaqareişvili bildirib.

Həkimlər bildirirlər ki, Tsitlidzenin səhhəti hər an pisləşə bilər. Müxalif deputata dəfələrlə müraciət edilsə də, o, aclıq aksiyasını davam etdirir.

“O, ümumiyyətlə yemək qəbul etmir və ona görə də xəstənin vəziyyəti təhlükəlidir. Çox tez-tez onun təzyiqi düşür, aclıq aksiyası üçün xarakterik olan başgicəllənmə var. Arabir başı ağrıyır və hərəkət etməkdə çətinlik çəkir. Ona görə də təbii ki, onun vəziyyəti diqqət tələb edir”, - deyə həkim Nana Kvantrişvili bildirib.

Qeyd edəık ki, Milli Hərəkat Partiyasının üzvləri Anna Tsitlidze, David Kirkitadze və Əbdül İsmayılov dekabrın 15-də aclıq aksiyasına başlayıblar. Partiyanın digər üzvü Temur Canaşia dekabrın 16-da aclıq aksiyası keçirənlərə qoşulub.

Müxalifət deputatları məhkum olan sabiq Prezident M.Saakaşvilinin azad edilməsini tələb edirlər. Aclıq aksiyasını ilk olaraq deputat Əbdül İsmayılov dayandırıb. O, üç gün aksiya keçirə bilib. Daha sonra David Kirkitadze və Temur Canaşia səhhətlərinin pisləşməsi ilə əlaqədar aclıq aksiyasını dayandırıblar. Anna Tsitlidze isə aksiyanı davam etməkdə israrlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş