“Gürcü arzusu” 2008-ci il müharibəsinə görə yenidən Saakaşvilini günahlandırıb

Dünya

13.08.2024 - 15:35

cedabet dərman SEO Xidməti

“Bu cinayətkarları qanun çərçivəsində maksimum dərəcədə məsuliyyətə cəlb etməyin vaxtı çatıb”

Gürcüstanın “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası seçkilərdəki əsas rəqibi, həbsdə olan sabiq Prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Pasrtiyasını 2008-ci ilin avqust müharibəsinə görə məsuliyyəti mövzusunu yenidən gündəmə gətirib.

AYNA gürcü mediasına istinadən bildirir ki, bu gün hakim partiyanın Siyasi Şurasının bununla bağlı yeni bəyanatı yayılıb.

Bəyanatda “Gürcü arzusu” təkrarlayır ki, seçkilərdən sonra “ictimai hüquqi proses baş verəcək”, eyni zamanda, əvvəlcədən müxalif rəqibi olan Vahid Milli Hərəkat Partiyasını “cinayətkar” və “satqın” elan edib.

Bəyanat müəllifləri bir neçə dəfə Avropa İttifaqının Gürcüstandakı müharibənin səbəblərini araşdırmaq üzrə beynəlxalq komissiyasının rəhbəri Heidi Taqliavininin “Azadlıq” radiosuna verdiyi yeni müsahibəyə istinad ediblər. “Gürcü arzusu”na görə, Taqliavininin sözləri o vaxtkı Gürcüstan rəhbərliyinin hərəkətlərinin Rusiyanı təxribata çəkdiyini təsdiqləyir.

Bəyanatda deyilir: “Bizdə elə bir vəziyyət yaranıb ki, 2008-ci il müharibəsinin başlanmasına görə məsuliyyət daşıyan, ölkəsinə və xalqına xəyanət edən siyasi qüvvə hələ də hakimiyyətə qayıtmaq arzusu ilə hərəkət edir. Hesab edirik ki, belə bir şəraitdə “Vahid Milli Hərəkat” kollektivinin törətdiyi cinayətə hüquqi qiymət verilməsi cinayətə bərabərdir. Bu cinayətkarları qanun çərçivəsində maksimum dərəcədə məsuliyyətə cəlb etməyin vaxtı çatıb”.

“Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə edir. Lakin fakt odur ki, Saakaşvilinin 2008-ci ilin avqustundakı avantürist hərəkətləri onun psixi qeyri-sabitliyinin nəticəsi deyil, kənardan sifariş edilmiş və yaxşı planlaşdırılmış xəyanətin nəticəsidir”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş