Güləşçimiz dünya çempionu olub

İdman

20.08.2022 - 21:15

Həkimlər Klinikalar SEO Xidməti

Nihad Quluzadə rəqibinə 6:1 hesabı ilə qalib gəlib

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatının qalibi olub.

AYNA xəbər verir ki, 55 kq-da çıxış edən idmançı finalda rumıniyalı Denis Mihaya 6:1 hesabı ilə qalib gəlib.

87 kq-da yer alan Laçın Vəliyev isə 3-cü yer uğrunda qarşılaşmada iranlı Əbülfəzl Əli Çobanini məğlub edərək, bürünc medala sahib çıxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş