Güləşçimiz dünya çempionatının gümüş medalına layiq görülüb

İdman

12.09.2022 - 04:19

Həkimlər Klinikalar SEO Xidməti

Ülvi Qənizadə finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. AYNA xəbər verir ki, ikinci mərhələdən mübarizəyə qoşulan yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabı ilə üstələyib. Təmsilçimiz dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0.

Güləşçimiz yarımfinalda türk Selçuk Canla olduqca gərgin görüş keçirib. Yekunda rəqibinə 4:3 hesabı ilə qalib gələn güləşçimiz adını finala yazdırıb. Ü.Qənizadə həlledici görüşdə serbiyalı Ali Arsalanla üz-üzə gəlib. Rəqibinə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Daha əvvəl güləşçimiz Eldəniz Əzizli (55 kq) ikiqat dünya çempionu olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş