Güclü duman Bakı-Naxçıvan reysinə problem yaratdı

Xəbərlər

13.11.2022 - 12:54

cedabet dərman SEO Xidməti

Təyyarə geri qayıdıb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın (AZAL) “J2-2251” nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-ın Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş