Qadın dərman içərək özünü zəhərləyib
Göygöldə zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.
Həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, gənc qadın xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, qadın dərman içərək özünü zəhərləyib.
Onun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.