Göyçayda 34 yaşlı qadın müəllim intihar edib

Hadisə

21.01.2022 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

Müəllim evində özünü zəhərləyərək öldürüb

Göyçay rayon sakini intihar edib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün baş verib.

Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb.

Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay Rayon Şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş