Xəstəyə lazımi tibbi yardım göstərilib
Goranboyda zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Vaqif küçəsində baş verib.
Rayon sakini, 2007-ci il təvəllüdlü O.Orucov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 15 yaşlı oğlan yaşadığı evdə dəm qazından zəhərlənib.