Goranboyda bir evdən 9 nəfər dəm qazından zəhərlənib

Xəbərlər

27.02.2022 - 13:18

cedabet dərman SEO Xidməti

Hadisə onlar yuxuda ikən baş verib

Goranboyda bir evdən 9 nəfər dəm qazından zəhərlənib. 

AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verrib. Bir evdə olan 1970-ci il təvəllüdlü Alidə Bayramova, 1986-cı il təvəllüdlü Vüsalə Bayramova, 2001-ci il təvəllüdlü Aygün İsmayılova, 1999-cu il təvəllüdlü Məhərrəm Bayramov, 1990-cı il təvəllüdlü Sahil Bayramov, 1968-ci il təvəllüdlü Valeh Bayramov, 1994-cü il təvəllüdlü Zeynal Bayramov, həmçinin iki azyaşlı - 2017-ci il təvəllüdlü Sahil Bayramov və 2015-ci il təvəllüdıü Sadiq Bayramov dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə onlar yuxuda ikən baş verib. 

Məlumata görə zəhərlənənlərdən bir neçəsi kənddə toyda iştirak etmək üçün Bakıdan qonaq gəliblər. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş