Piyada xəstəxanaya aparılarkən yolda ölüb
Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
Hərəkətdə olan avtomobil qarşı tərəfə keçmək istəyən 1999-cu ildə anadan olmuş Hadıyev Ələddin Qüdrət oğlunu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.