Goranboyda avtomobil ağaca çırpılıb: xəsarət alanlar var

Xəbərlər

27.09.2022 - 23:32

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib

Goranboyun Veyisli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində, 1991-ci il təvəllüdlü N.İsgəndərov və 2004-cü il təvəllüdlü K.Qarayeva xəsarət alıb.

Xəsarət alanların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az