Goranboyda ağır qəza: iki bacı öldü, beş nəfər yaralanıb

Hadisə

23.01.2022 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar xəstəxanaya yerləşdirilib

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

İki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıveridyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş