Goranboyda 30 yaşlı qadın bıçaqlanıb

Hadisə

01.07.2021 - 00:47

Hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb

 

Goranboyda bıçaqlanma hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb.

 

Bərdə rayon sakini, 1991-cü il təvəllüdlü Elnarə Firudin qızı Qarayeva çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır halda Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib.

 

Yaralının vəziyyəti ağırdır. İlkin məlumata görə, qadın tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az