“Google” Rusiyadakı ofisini bağlayır

Dünya

19.05.2022 - 09:28

Həkimlər Klinikalar SEO Xidməti

Bank hesabı bağlandığı üçün şirkət fəaliyyətini davam etdirə bilmir

Bank hesabı bağlandığı üçün "Google" şirkəti Rusiyada fəaliyyətini davam etdirə bilmir. AYNA xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, bank hesabına həbs qoyulduğu üçün şirkət Rusiyadakı ofis fəaliyyətini, işçilərin saxlanması və əməyin ödənilməsini, təchizatçı, podratçıların ödənişlərini, eləcə də digər maliyyə öhdəliklərinin yerinə yetirilməsini həyata keçirə bilmir.

Bununla yanaşı, "Google" Rusiya Federasiyasından olan istifadəçilər üçün pulsuz xidmətlərdən istifadə imkanını təmin edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş