Giləzidə qadın boğularaq öldürülüb: qohumu şübhəli bilinir

Hadisə

13.05.2023 - 20:34

Həkimlər Klinikalar SEO Xidməti

Xızı Rayon Prokurorluğu məlumat yayıb

Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Xızı Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub. İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş