Müdafiə Nazirliyi: “Öz uydurma mifləri ilə özlərini sakitləşdirməyə çalışdılar”
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Quleviçin istefa verməsi xəbəri təkzib edilib. AYNA TASS-a istinadən bildirir ki, bu ölkənin Müdafiə Nazirliyi Quleviçin istefaya getməsi xəbərinin “reallığa uyğun” olmadığını açıqlayıb.
“Saxta məlumatlar davam etməkdədir. Bu dəfə onlar “döyüş əməliyyatlarında iştirakdan kütləvi imtina” və Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin istefası ilə bağlı öz uydurma mifləri ilə özlərini sakitləşdirməyə çalışdılar”, - nazirliyin məlumatda deyilib.
Qeyd edək ki, bu gün səhər general-mayor V.Quleviçin istefa etdiyi haqqında ortaya sənəd çıxıb. General istefa məktubunda bildirib ki, “Belarus ordusu yalnız respublikanın suverenliyini qorumaq üçün hazır vəziyyətdədir və başqa ölkələrə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək”.
O vurğulayıb ki, “Belarus hərbçiləri yalnız Belarus ərazisində tapşırıqları yerinə yetirir, onların heç bir birləşmə Ukrayna ərazisinə daxil olmaq istəmir”.