Gəncədə avtomobil iki piyadanı vurub

Xəbərlər

02.04.2023 - 03:25

Yolu qarşı tərəfə keçmək istəyən iki kişini vurub

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki kişini vurub.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Müəllif: Ayna.az