Gəncədə 30 nəfər saxlanılıb

Xəbərlər

06.05.2024 - 09:57

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 30 nəfər saxlanılıb. Onların hər birindən müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.

Bundan başqa Gəncə şəhərində aparılan profilaktik tədbirlərin nəticəsi olaraq son bir həftə ərzində sənədləri olmayan 34, ilin əvvəlindən isə 100-dən çox ov tüfəngi vətəndaşlar tərəfindən könüllü polisə təhvil verilib.

Müəllif: Ayna.az