Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri müəyyənləşib

Xəbərlər

02.12.2021 - 13:08

Əmək Məcəlləsinə əsasən, həmin günlər iş günü hesab edilmir

2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

AYNA xəbər verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, həmin günlər iş günü hesab edilmir.

Müəllif: Ayna.az