Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb

Xəbərlər

09.12.2023 - 13:34

Baş nazir Əli Əsədov qərar imzalayıb

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb.

AYNA-nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan bayramı, iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Müəllif: Ayna.az