Gədəbəy sakini Gəncədə bıçaqlanıb

Hadisə

25.04.2024 - 01:31

Hadisənin hansı şəraitdə qeydə alındığı hələ məlum deyil

Gəncədə bıçaqlanma hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində yerləşən evlərin birindən qeydə alınıb.

Bıçaq xəsarəti alan Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü E.Abbasov xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, zərərçəkən 3 bıçaq xəsarəti alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə qeydə alındığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az