Füzulidə silah-sursat aşkarlanıb

Xəbərlər

06.10.2022 - 11:26

cedabet dərman SEO Xidməti

6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası tapılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar ediblər.

Tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş