Füzuli-Ağdam yolunda ağır yol qəzasında iki nəfər ölüb

Hadisə

19.06.2024 - 21:38

Həkimlər Klinikalar SEO Xidməti

Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş