Fransanın sabiq Prezidenti bir il müddətinə həbs edilib

Dünya

17.05.2023 - 13:07

Sarkozinin həbsxanaya düşmək əvəzinə elektron qolbaq taxa biləcəyinə qərar verilib

Paris Apellyasiya Məhkəməsi telefon dinləmələri ilə bağlı Fransanın keçmiş Prezidenti Nikola Sarkoziyə hökm çıxarıb. AYNA xəbər verir ki, məhkəmənin qərarı barədə “France 24” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, məhkəmə siyasətçinin üç il həbs cəzasına məhkum edildiyi 2021-ci il hökmünü qüvvədə saxlayıb. Sarkozinin qalan bir il müddətində həbsxanaya düşmək əvəzinə elektron qolbaq taxa biləcəyinə qərar verilib.

Qeyd edək ki, 2021-ci il sentyabrın 30-da Paris Məhkəməsi Sarkozini 2012-ci ildə qeyri-qanuni kampaniyadan maliyyə aldığı üçün bir il həbs cəzasına məhkum edib. İstintaqın fikrincə, 2007-ci ildə siyasətçi Fransanın “L'Oreal” şirkətinin varisi Liliane Bettencourtdan seçki kampaniyası üçün 150 min avro alıb. Baxmayaraq ki, birdəfəlik ianə 4,6 min avrodan çox ola bilməz. Müstəntiqlər bu məlumatı Sarkozinin iki telefon xəttini dinləyərkən əldə ediblər.

Müəllif: Ayna.az