Fransanın daxili işlər naziri istefa verib

Dünya

19.10.2026 - 11:21

Amma Prezident Emmanuel Makron onun istefasını rədd edib

Fransanın daxili işlər naziri Loran Nunez ölkə daxilində kütləvi iğtişaşlar və talanlar fonunda istefa verib. Lakin Prezident Emmanuel Makron onun istefasını rədd edib. AYNA.AZ xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumatda deyilir: "Prezident Emmanuel Makron daxili işlər naziri Loran Nunezin istefasını rədd edib və şənbə günü bir çox şəhəri bürüyən xaosdan sonra yaranan siyasi böhranın qarşısını almaq üçün ondan "iğtişaşçılara qarşı" yeni hüquq-mühafizə doktrinası təqdim etməsini istəyib".

19 oktyabrda Yelisey Sarayının yaydığı açıqlamaya görə, 18 oktyabrda Makron Nunezin istefasını qəbul edib, lakin daha sonra naziri vəzifəsində saxlamaq qərarına gəlib və "mövcud şəraitdə hüquq-mühafizə orqanlarına nəzarəti saxlamaq zərurəti"ni əsas gətirib.

Prezident həmçinin nazirə "iğtişaşçılara qarşı mümkün qədər tez yeni tədbirlər görməyi" tapşırıb.

Solçular tərəfindən istefası tələb olunan ölkənin xarici işlər nazirinin zorakılıqdan ən çox zərər çəkən Marselə gedəcəyi gözlənilir. Hakimiyyət orqanları şənbə günü talançıların sayının 30 minə çatdığını təxmin edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş