Fransadakı səfirimiz Ermənistana çağırış edib

Xəbərlər

24.01.2023 - 14:08

Leyla Abdullayeva: “Missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır”

“Avropa İttifaqının Ermənistana missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır”.

AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.

“Bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək barədə qərar verib. Missiyanın iki il fəaliyyət göstərəcəyi gözlənilir.

Müəllif: Ayna.az