“Ermənistan BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin çağırışlarına əməl etməlidir”
“BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin demək olar ki, bütün bəyanatlarında Üçtərəfli Birgə Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırış olub”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviter səhifəsində yazıb.
Diplomat bildirib ki, Ermənistan sözügedən sənədi açıq-aşkar kobud şəkildə pozur: “Ermənistan, nəhayət, BMT Təhlükəsizlik Şurasının üzv olan ölkələrinin bu cür çağırışlarını dinləməli və əməl etməlidir”.