Fransada Yeni illə bağlı məhdudiyyətlər tətbiq edilib

Dünya

28.12.2021 - 05:16

Həkimlər Klinikalar SEO Xidməti

Müəssisələrdən insanların əsassız şəkildə cəmləşməsi qadağan edilir

Fransanın Nazirlər Şurasının fövqəladə iclası başa çatıb. AYNA xarici mediaya istinadla xəbərinə görə, Baş nazir Jan Kasteksin rəhbərliyi ilə keçirilən iclasda sərt karantin tətbiq etməmək qərara alınıb.

Bununla belə, Yeni il gecəsi üçün müəyyən məhdudiyyətlər tətbiq edilib. 31 dekabr – 1 yanvar tarixlərində hərəkət sərbəst olsa da, küçələrdə spirtli içki və qida satışı qadağan edilib. Dərslər isə yanvarın 3-dən bərpa olunacaq.

Bundan əlavə, müəssisələrdən insanların əsassız şəkildə cəmləşməsi qadağan edilir. Yaxın 3-4 həftə ərzində həftədə 3 gün məsafədən iş rejimi tətbiq olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş