Etirazçılarla toqquşmalar zamanı 600-dən çox polis əməkdaşı yaralanıb
Fransada yaşayış xərclərinin artmasına və ictimai xidmətlərin pisləşməsinə qarşı etirazlarla müşayiət olunan kütləvi iğtişaşlar zamanı 2000-dən çox insan saxlanılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunez deyib.
Nazirin sözlərinə görə, etirazçılarla toqquşmalar zamanı 600-dən çox polis əməkdaşı yaralanıb. Bundan əlavə, Parisdə bir etirazçı ürək tutmasından ölüb.
Qeyd edək ki, etirazlar həmçinin 2027-ci il prezident seçkiləri ərəfəsində Fransa Prezidenti Emmanuel Makrona və onun hökumətinə təzyiqi artırıb. Baş nazir Sebastyan Lekornu iğtişaşlara görə ifrat solçu hərəkatları və cinayətkar dəstələri günahlandırıb.
Fransanın iqtisadiyyat naziri Roland Leskur öz növbəsində iğtişaşlar nəticəsində zərər çəkən müəssisələrə dəstək verəcəyini bildirib. O, dağıntılara görə məsuliyyət daşıyanların dəymiş ziyanı ödəməli və hərəkətlərinə görə məsuliyyət daşımalı olduqlarını vurğulayıb.
Bordo meri Tomas Kazenave şəhərdə 100-ə qədər mağazanın talan edildiyini bildirib.
Bu arada, Marsel meri Benua Payant da iğtişaşlar zamanı zərər çəkən müəssisələrə maliyyə yardımı ediləcəyini açıqlayıb.