Zəlzələ ocağı yerin 12 kilometr dərinliyində olub
Fransada 5,3 bal gücündə zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 277 min insanın yaşadığı Nant şəhərindən 127 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 12 kilometr dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.