Söhbət 1 saat 45 dəqiqə davam edib
Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Qeyd edilib ki, söhbət 1 saat 45 dəqiqə davam edib. Danışıqların əsas mövzusu Ukraynadakı vəziyyətlə bağlı olub.
Məlumata əsasən, Putin Makrona bildirib ki, Kiyev Rusiya ilə dialoqu davam etmək üçün Rusiyanın məlum tələblərini yerinə yetirməlidir.