Paris Rusiya iqtisadiyyatını məhv etmək niyyətindədir
Fransa Rusiyaya qarşı iqtisadi və maliyyə müharibəsi elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Bruno Le Meyr bildirib.
"Biz Rusiya ilə hərtərəfli iqtisadi və maliyyə müharibəsi aparacağıq", - deyə nazir vurğulayıb.
Meyr əlavə edib ki, Paris Rusiya iqtisadiyyatını məhv etmək niyyətindədir: "Sanksiyalar Moskva Ukrayna ilə bağlı yaxşı niyyətə qayıdana qədər tətbiq olunacaq".