Finlandiya Prezidenti Putinlə danışıqlara hazırdır: “Faydası olacaqsa...”

Xəbərlər

10.03.2023 - 12:11

cedabet dərman SEO Xidməti

Sauli Niniste: “Hazırda biz belə bir fayda görmürük”

Finlandiya Prezidenti Sauli Niniste Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib. AYNA xəbər verir ki, bu barədə Finlandiya lideri “Bloomberg”ə müsahibəsində deyib.

“Deməliyəm ki, bunun hər hansı bir faydası olarsa, onunla (Vladimir Putinlə) danışmağa tamamilə hazıram. Amma hazırda biz belə bir fayda görmürük”, - deyə siyasətçi bildirib.

Bundan əvvəl Finlandiya hakimiyyəti İsveçi gözləmədən NATO-ya qoşulmağa hazır olduqlarını təsdiqləyib. Müdafiə naziri Mikko Savola bildirib ki, Helsinki Türkiyənin Stokholmla bağlı sənədi təsdiq etməsini gözləməyəcək.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün birgə müraciət ediblər. Lakin Ankara İsveçin Alyansa üzvlüyünə müqavimət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş