Türkiyənin və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynadakı vəziyyəti müzakirə edib. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Martın 1-də xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Rusiya-Ukrayna münaqişəsi kontekstində baş verən son hadisələr müzakirə olunub”, - mənbə qeyd edib.