İstanbulda Rusiya-Ukrayna danışıqlarının mümkünlüyü müzakirə edilib
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı zamanı Moskva və Kiyev nümayəndələri arasında İstanbulda mümkün danışıqları müzakirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Telefon danışığı zamanı Fidan və Rubio digər məsələlərlə yanaşı, mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanıb.
Bundan əlavə, bildirilib ki, tərəflər Rubionun Türkiyəyə gözlənilən səfərini NATO xarici işlər nazirlərinin mayın 14-dən 15-dək Antalyada keçiriləcək qeyri-rəsmi görüşü çərçivəsində müzakirə ediblər.
Daha sonra Fidan fransalı həmkarı ilə telefon danışığı aparıb. Nazirlərin söhbətinin əsas mövzusu Ukraynadakı münaqişənin sülh yolu ilə həlli olub.