FHN-in Türkiyədəki mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib

Xəbərlər

13.02.2023 - 15:56

cedabet dərman SEO Xidməti

Mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

AYNA-nın xəbərinə görə, FHN-dən bildirilib ki, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş