FHN əməliyyat görüntülərini yayıb - VİDEO

Xəbərlər

03.02.2022 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Ötən sutka ərzində 51 yanğına çıxış əməliyyatı həyata keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün respublika ərazisində baş verən hadisələrin əməliyyat görüntülərini yayıb.

FHN-dən AYNA-ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş